Bakı. Trend:
2025-ci ildə Səngəçal terminalı vasitəsilə Azərbaycanın“Şahdəniz” yatağından gündəlik orta hesabla təxminən 74,4 milyonstandart kubmetr qaz (təxminən 2,628 milyard standart kub fut)ixrac olunub.
Trend bp-yəistinadən xəbər verir ki, bu göstərici 2024-cü ildəki 76 milyonstandart kubmetrlə müqayisədə illik ifadədə 2,1 faiz azalmademəkdir.
Qaz Cənubi Qafqaz Boru Kəməri (SCP), o cümlədən SCP-ningenişləndirmə sistemi, həmçinin terminalın qaz emalı güclərini“Azəriqaz”ın milli şəbəkəsi ilə birləşdirən Azərbaycan borukəmərləri vasitəsilə ixrac olunur.
2025-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz”yataqlarından hasil olunan neft və qaz sualtı boru kəmərləri iləSəngəçal terminalına nəql olunmağa davam edib.
Terminal sistemlərinin gündəlik ötürmə qabiliyyəti 1,2 milyonbarel neft və kondensat, həmçinin “Şahdəniz” üzrə təxminən 81milyon standart kubmetr qaz təşkil edir. Qaz üzrə ümumi ötürməqabiliyyəti isə, o cümlədən “Azəri-Çıraq-Günəşli”dən (AÇG) hasilolunan səmt qazı da nəzərə alınmaqla, günə təxminən 100 milyonstandart kubmetrə çatır.