RU

Məşhur fenomen saxlanıldı

Türkiyəli tanınmış sosial media fenomeni Enes Batur saxlanılıb.

Milli.Az xəbər verir ki, İstanbulda narkotik istintaqı çərçivəsində haqqında həbs qərarı verilən şübhəlilərdən biri olan Enes Batur Türkiyəyə qayıtdıqdan sonra hava limanında saxlanılıb.

İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində "narkotik və ya stimullaşdırıcı maddələrin istehsalı və ticarəti", "narkotik və ya stimullaşdırıcı maddələrin istifadəsinə kömək etmək" və "şəxsi istifadə üçün narkotik və ya stimullaşdırıcı maddələrin alınması, qəbul edilməsi, saxlanması və ya istifadəsi" cinayətləri ilə bağlı həbs qərarı verilmiş, lakin xaricdə olan Enes Batur Türkiyəyə qayıtdıqdan sonra hava limanında nəzarətə alınıb.

Fidan
Milli.Az

Избранный
21
3
milli.az

4Источники