RU

Premyer Liqa klubu baş məşqçisi ilə vidalaşdı

“Nottingem Forest” baş məşqçisi Şon Dayçla yollarını ayırıb.

Msport.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İngiltərəli mütəxəssis komandanın “Vulverhempton”la qolsuz bərabərliyə qaldığı oyundan sonra istefaya göndərilib. Dayç sentyabrda “Nottingem Forest”ə baş məşqçi təyin edilmişdi. Onun işi cəmi 114 gün çəkib.

Bu, “Nottingem Forest”in cari mövsümdə 3-cü baş məşqçi dəyişikliyidir.

Qeyd edək ki, komanda Premyer Liqada 26 turdan sonra 27 xalla 17-ci sıradadır.

Избранный
25
3
msport.az

4Источники