RU

Rəqəmsal gələcəyə doğru: Azərbaycanın yeni inkişaf fəlsəfəsi

ain.az, Olke.az saytına istinadən bildirir.

Dünya dəyişir, sərhədlər artıq xəritələrdə deyil, texnologiyaların gücündə çəkilir. Güc yalnız resurslarla ölçülmür – güc artıq məlumatın sürəti, qərarların çevikliyi və süni intellektin imkanları ilə müəyyən olunur. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirə məhz bu həqiqətin ən aydın ifadəsi oldu. Bu müşavirə sadəcə bir iclas deyil, Azərbaycanın gələcək onilliklərinin yol xəritəsinin elanıdır”.

 

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Deputat deyib ki, bu gün dünya yeni iqtisadi transformasiya mərhələsinə daxil olub: “Neft, qaz, ənənəvi sənayesi iqtisadiyyatın ana xəttini təşkil etsə də, lakin artıq qlobal rəqabətin əsas meydanı rəqəmsal iqtisadiyyatdır. Süni intellekt, böyük məlumatlar, data mərkəzləri və rəqəmsal infrastruktur XXI əsrin “strateji resursları”na çevrilib. Prezidentin çıxışı bir daha göstərdi ki, Azərbaycan bu reallığı vaxtında dərk edən ölkələr sırasındadır.

İqtisadiyyatın yeni formaya transformasiyası artıq seçim deyil, zərurətdir. Rəqəmsallaşma istehsalın sürətini artırır, idarəetməni optimallaşdırır, xərcləri azaldır və innovasiyaları sürətləndirir. Süni intellekt isə bu prosesin “mühərriki”dir.

Azərbaycan üçün bu istiqamət yalnız texnoloji yenilənmə deyil, həm də  iqtisadi suverenliyin yeni mərhələsidir. Data mərkəzləri və rəqəmsal infrastruktura yatırılan investisiyalar ölkəni regionun texnoloji qovşağına çevirə bilər.

Rəqəmsal dövlət modeli və süni intellekt idarəetmədə keyfiyyət sıçrayışı deməkdir.  Elektron xidmətlər, məlumatların vahid platformalarda birləşdirilməsi, qərarların real vaxt rejimində qəbul edilməsi bütün bunlar dövlətin vətəndaşa daha yaxın olması deməkdir.

Bu, sadəcə texnoloji dəyişiklik deyil; bu, dövlət-vətəndaş münasibətlərinin yeni mərhələsidir”.

Deputat əlavə edib ki, rəqəmsal transformasiya insan kapitalı olmadan mümkün deyil. “Yeni dövr yeni peşələr, yeni bacarıqlar və yeni düşüncə tərzi tələb edir.

Süni intellekt, proqramlaşdırma, data analitikası və kibertəhlükəsizlik artıq gələcəyin deyil, bu günün prioritetidir.

Prezidentin bu sahəyə xüsusi diqqəti göstərir ki, Azərbaycanın əsas məqsədi texnologiyanı idxal edən ölkə olmaq deyil, texnologiya yaradan ölkəyə çevrilməkdir”, - o vruğulayıb.

O həmçinin qeyd edib ki, müasir dünyada təhlükəsizlik yalnız sərhədlərin qorunması ilə məhdudlaşmır: “Kiber təhlükəsizlik, informasiya təhlükəsizliyi və texnoloji müstəqillik dövlətlərin gücünü müəyyən edən əsas amillərə çevrilib.

Süni intellektin müdafiə və təhlükəsizlik sahəsində tətbiqi ölkənin dayanıqlığını və strateji üstünlüyünü gücləndirir.

Prezident İlham Əliyevin siyasətinin ana xəttində dayanan əsas ideya aydındır: Azərbaycan gələcəyin çağırışlarına hazır olmalıdır. Bu isə yalnız iqtisadi artım deyil, texnoloji transformasiya deməkdir.

Rəqəmsal arxitektura, yeni inkişaf modelidir. Süni intellekt isə yeni güc mənbəyidir. Data mərkəzləri də yeni enerji infrastrukturu kimidir. Azərbaycan artıq yeni dövrün astanasında dayanır. Bu dövrün adı isə rəqəmsal güc və süni intellekt əsridir”.

 Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
1
olke.az

2Источники