RU

Vitali Kliçko: Paytaxta qarşı intensiv düşmən hücumu həyata keçirilir

Vitali Kliçko: Paytaxta qarşı intensiv düşmən hücumu həyata keçirilir

Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko Rusiya ordusunun səhər saatlarından etibarən şəhərə qarşı intensiv hava hücumlarını davam etdirdiyini bildirib.

Kliçko özünün sosial media hesabında etdiyi açıqlamada Rusiyanın Kiyevə hava zərbələri endirdiyini qeyd edib. Hücumların yerli vaxtla saat 04:32 radələrində başladığını bildirən mer "Düşmən paytaxtın infrastrukturunu ballistik raketlərlə vurur", - deyə vurğulayıb.

Kliçko əldə olunan ilkin məlumatlara görə, Kiyevdəki hücumlar nəticəsində 2 nəfərin yaralandığını qeyd edərək, "Paytaxta qarşı intensiv düşmən hücumu həyata keçirilir", - deyə paylaşım edib.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının yaydığı rəsmi bəyanatda isə Ukraynanın müxtəlif bölgələrinə raket və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücumların davam etdiyi bildirilib.

Избранный
101
afn.az

1Источники