RU

Baş prokuror Suraxanıda qəbul keçirdi Foto

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Baş prokuror Kamran Əliyev Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun inzibati binasında Suraxanı rayonundan olan vətəndaşları qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, qəbulda 45 nəfər iştirak edib.

Vətəndaşların müraciətlərində yer alan konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
22
qafqazinfo.az

10Источники