RU

Məşhur bloger narkotikə görə HƏBS EDİLDİ - FOTO

İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində “narkotik və ya stimullaşdırıcı maddələrin istehsalı və ticarəti”, “narkotik və ya stimullaşdırıcı maddələrin istifadəsinə kömək etmək” və “şəxsi istifadə üçün narkotik və ya stimullaşdırıcı maddələrin alınması, saxlanması və istifadəsi” cinayətləri ilə bağlı araşdırmalar davam edir.
 
Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, xaricdə olduğu müəyyən edilən və haqqında həbs qərarı verilmiş Enes Batur İstanbul Hava Limanında jandarma tərəfindən saxlanılıb.
 
Eyni istintaq çərçivəsində Barış Murat Yağcı, Ecenaz Üçer, Kemal Can Parlak, Çağrı Taner, Turqut Ekim, Barbaros Dikmen, Yaren Alaca və Nisa Bölükbaşı haqqında da həbs qərarı çıxarılıb.
 
Qeyd edək ki, Barış Murat Yağcı Tibbi Ekspertiza İnstitutunda nümunə verdikdən və Vilayət Jandarma Komandanlığında ifadə verdikdən sonra sərbəst buraxılıb.
Избранный
23
1
moderator.az

2Источники