RU

Ukrayna 2000 kilometr məsafədəki zavodu vurdu VİDEO

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Bu gün səhər saatlarında Rusiyanin Komi Respublikasının Uxta şəhərinə dron hücumu baş verib. Nəticədə şəhərdəki yerli “Lukoil” neft emalı zavodunda yanğın baş verib. 

“AzPolitika” xəbər verir ki, Rusiya mediasında və sosial şəbəkələrdə zərbə ilə bağlı videogörüntülər yayılıb.

Qubernator Rostislav Qoldşteyn hücumu təsdiqləyib və obyektdə yanğın baş verdiyini bildirib. İlkin məlumatlara görə, itki yoxdur.

Uxta Rusiyanın neft və qaz infrastrukturu üçün strateji əhəmiyyətli mərkəz hesab olunur. Nenets bölgəsindən neft kəmərləri bu şəhərdən keçir. Yamal yarımadasından qaz kəmərləri də Uxtaya qoşulur.

Bu, müharibənin başlanğıcından bəri Uxtaya ikinci Ukrayna dron hücumudur. Neft emalı zavoduna əvvəlki hücum 2025-ci ilin avqustunda qeydə alınıb. Əlavə edək ki, Uxtadan Ukrayna sərhədinə qədər olan məsafə 2000 kilometrə yaxındır.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
58
azpolitika.info

1Источники