RU

“Regional İnkişaf” İctimai Birliyinin fəaliyyətə başlamasından 10 il ötür FOTO

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə əhalinin rifahının yüksəldilməsi, həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi və regionların balanslı inkişafının təmin edilməsi məqsədilə ardıcıl və sistemli addımlar atılır. Dövlətin ictimai-siyasi, sosial-iqtisadi və humanitar sahələrində həyata keçirdiyi siyasət, ictimai əhəmiyyətli məsələlər vətəndaş cəmiyyəti institutları tərəfindən dəstəklənir. Onlar müxtəlif istiqamətlərdə layihələrin icrasında fəal tərəfdaş kimi çıxış edirlər.

10 il öncə bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) də başlıca məqsədi ölkəmizin sosial-iqtisadi, ictimai və mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak etmək, dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə dəstək göstərməkdir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tövsiyə və tapşırıqlarını daim əldə rəhbər tutan RİİB ilk günlərdən dövlət qurumları, beynəlxalq təşkilatlar, şirkətlər və QHT-lərlə sıx əməkdaşlıq edirlər. 

RİİB fəaliyyəti dövründə ölkəmizdə təhsilin inkişafı, həssas kateqoriyadan olan uşaqların təhsil almaq imkanlarının genişləndirilməsi, aztəminatlı ailələrin məşğulluğunun təmin edilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması, yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının qorunması, təbiətin və ətraf mühitin mühafizəsi, əhalinin ekoloji maarifləndirilməsi, yeniyetmələr və  gənclər arasında sağlam həyat tərzinin təbliği, regionlarda turizmin inkişafı, ölkəmizdə startap hərəkatının genişləndirilməsi, gənclərin mədəniyyətə və incəsənətə marağının artırılması və digər istiqamətlərdə 300-dən çox irimiqyaslı layihə, 7000-dən çox tədbir və aksiya reallaşdırıb.10 il ərzində RİİB tərəfindən ictimai nəzarətin gücləndirilməsi, dövlət və vətəndaş arasında münasibətlərin, qarşılıqlı etimadın yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə müxtəlif mənbələrdən daxil olmuş 20 mindən çox müxtəlif məzmunlu müraciətin icrası aidiyyəti dövlət qurumları ilə dialoq və konstruktiv əməkdaşlıq qurulmaqla təmin edilib.Respublikanın bütün regionlarından hər il RİİB könüllülük hərəkatına minlərlə gənc qoşulur.Könüllülər qurumlar və vətəndaşlar arasında konstruktiv əməkdaşlıq modelinin inkişafı,  ictimai nəzarətin gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı, ölkəmizin ictimai, sosial və mədəni həyatını əhatə edən mühüm layihələrin və təşəbbüslərin reallaşdırılmasında aktiv fəaliyyət göstərirlər.

Şanlı Qələbə qazandığımız 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın hərbi təcavüzü nəticəsində zərərçəkmiş soydaşlarımıza köməkliyin göstərilməsi, erməni vandalizminin ifşası və düşmən dezinformasiyalarına qarşı mübarizənin aparılması, cəbhə bölgəsində fəaliyyət göstərən tibb müəssisələrinin, hospitalların, hərbi hissələrin, təxliyyə olunaraq sığınacaqlarda müvəqqəti məskunlaşmış vətəndaşların ehtiyaclarının təmin edilməsi, düşmənin raket hücumları nəticəsində həlak olmuş mülki ailələrə ərzaq yardımlarının çatdırılması, Laçın-Xankəndi yolunda 138 gün davam edən dinc ekoloji aksiyanın idarə olunması, Qərbi Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılması, Hərbi Qənimətlər Parkı və Zəfər Muzeyində ziyarətçilərə ekspozisiyalar barədə məlumatların verilməsi kimi təşəbbüslərdə RİİB əməkdaşları və könüllüləri fəallıqları ilə seçiliblər.Bundan əlavə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər il təşkil olunan marafonların və müxtəlif festivalların (Üzüm və Şərab Festivalları, Vaqif Poeziya Günləri, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı və s.), Azərbaycan Avtomobil Federasiyası tərəfindən keçirilən avtomobil yarışları və sərgilərin təşkilati işləri, 2019-cu ildə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş zəlzələdən zərərçəkmiş sakinlərin müraciətlərini həllinə dəstəyin göstərilməsi, eləcə də 2023-cü ildə Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar yardım kampaniyasının idarə olunması və digər bu kimi təşəbbüslərdə də RİİB əməkdaşları və könüllüləri aktiv iştirakları ilə fərqləniblər.Humanizm, vətənpərvərlik, mili və mənəvi dəyərlərə sadiqlik, sosial məsuliyyət dəyərlərini daim rəhbər tutan “Regional İnkişaf” İctimai Birliyinin hər bir əməkdaşı və könüllüsü ötən dövrdə topladığı təcrübə və həyata keçirdiyi uğurlu layihələr və təşəbbüslərlə ölkəmizin davamlı inkişafı və tərəqqisi naminə çoxşaxəli fəaliyyətini uğurla davam etdirmək əzmindədir.

Bizim.Media 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
13
1
bizim.media

2Источники