Yazını böyüt
Yazını kiçilt
"Rəngarəng" verilişinin canlı yayımında qalmaqallı anlar yaşanıb. Meyxanaçı-müğənni Aydın Saninin səsləndirdiyi fikirlər studiyada gərginliyə səbəb olub.
Hafta.az xəbər verir ki, proqram zamanı aparıcı Zaur Nəbioğlu ilə qonaq arasında fikir ayrılığı yaranıb. Zaur canlı efirdə qonağına "Mən efirdə veriliş aparanda divanda oturub mənə baxırdın" deməsi ilə müzakirənin tonunu yüksəldib.
Tərəflər arasında qarşılıqlı "söz atışması" başlayıb. Onların fikirləri bir-birinin "boğazından keçməyib" və efirdə gərgin dialoq yaşanıb.
Sözügedən anlar tamaşaçılar tərəfindən geniş müzakirə olunub. Hadisənin əks olunduğu video sosial şəbəkələrdə yayılaraq diqqət çəkib.