RU

Bakıda zərgərlik mağazalarından oğurluq edən qadın saxlanıldı

Bakı.Trend:

Nərimanov rayonu ərazisində yerləşən zərgərlik mağazalarınbirindən 3 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanmasıbarədə polisə məlumat daxil olub.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci PolisŞöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirlərinəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllərməhkum olunmuş 29 yaşlı N.Dadaşova müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı onun Səbail və Nəsimi rayonları ərazisindəyerləşən digər zərgərlik mağazalarından da ümumilikdə 2 min manatdəyərində qızıl-zinət və gümüş məmulatlarını oğurladığı müəyyənolunub.

Şübhəli şəxsin mağazalara müştəri qismində daxil olaraqsatıcıların diqqətini yayındırmaqla oğurluq etməsi təhlükəsizlikkameraları vasitəsilə də qeydə alınıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davametdirilir.

Məqalədə:
Избранный
34
37
az.trend.az

10Источники