RU

Madaqaskarda milli fəlakət rejimi elan olundu

Bakı. Trend:

Madaqaskarda 30-dan çox insanın həyatına son qoyan “Gezani”siklonu ilə əlaqədar milli fəlakət rejimi elan edilib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, elan olunmuş rejim hakimiyyət orqanlarına dahasəmərəli qərarlar qəbul etməyə və əməliyyatları daha yaxşıəlaqələndirməyə imkan verir.

Madaqaskar qanunvericiliyinə əsasən, milli fəlakət rejimi 15 günmüddətində qüvvədə ola bilər və bu müddətin uzadılması imkanımövcuddur.

Madaqaskarın Risklərin Azaldılması və Fəlakətlərlə Mübarizə üzrəMilli İdarəsinin son məlumatına görə, siklonun adaya daxil olmasınəticəsində 36 nəfər həlak olub, 374 nəfər xəsarət alıb, 6 nəfərisə itkin düşmüş hesab olunur.

Ümumilikdə siklonun fəsadları 257 mindən çox insanın güzəranınatəsir göstərib, təxminən 9 min nəfər evini tərk etməyə məcburolub.

Məqalədə:
Избранный
56
2
az.trend.az

3Источники