RU

Tanınmış musiqiçi VƏFAT ETDİ

Ajans.az xəbər verir ki, bu barədə The Daily Mail nəşri məlumat yayıb. Bildirilib ki, qrupun barabançısı fevralın 11-də dünyasını dəyişib. Qrup üzvləri onun vəfatı ilə bağlı yaydıqları açıqlamada Rankenin “əsl dost və qardaş” olduğunu vurğulayaraq xatirəsinə ehtiramlarını bildiriblər. Endryu Ranken 1982–1996-cı illərdə, daha sonra isə 2001–2013-cü illərdə The Pogues-un heyətində fəaliyyət göstərib. O, qrupda baraban ifaçısı kimi çıxış etməklə yanaşı, qarmon çalır və bir neçə mahnıda aparıcı vokal partiyalarını da ifa edirdi. Qrupun fəaliyyətini dayandırmasından sonra Ranken The Vendettas, Kippers, The Municipal Waterboard və The Mysterious Wheels kimi musiqi kollektivləri ilə əməkdaşlıq edib.

Musiqiçinin ölüm səbəbi ilə bağlı əlavə məlumat verilməyib.

Избранный
14
Ajans.az

1Источники