RU

Süni intellekt texnologiyalarının aqrar sahədə tətbiqi

Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı Mühəndislik Universitetinin (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsində “Peyk məlumatları əsasında əkin sahələrinin yararlılığının və məhsuldarlığının süni intellekt əsaslı qiymətləndirilməsi” mövzusunda elmi seminar keçirilib.

Modern.az xəbər verir ki, fakültənin dekanı Vaquf Qasımov elmi seminarın önəmindən danışaraq bildirib ki, bu mövzu müasir dövrdə informasiya texnologiyaları ilə kənd təsərrüfatının inteqrasiyasının ən aktual istiqamətlərindən biridir və süni intellektin real sektor üçün yaratdığı imkanları aydın şəkildə nümayiş etdirir. O əlavə edib ki, seminar həm elmi müzakirələr, həm də gələcək tədqiqat və əməkdaşlıqlar üçün yeni perspektivlər açacaq.

Seminarda BMU-nun İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müəllimi Ərtuğrul Qayıbov geniş məruzə ilə çıxış edib. Çıxış zamanı Qarabağ və Kür-Araz ovalığında əkin sahələrinin peyk monitorinqi, eləcə də süni intellekt texnologiyalarından istifadə etməklə kənd təsərrüfatı sahələrinin qiymətləndirilməsi metodları haqqında məlumat verilib. Məruzəçi ərzaq təhlükəsizliyi və resursların dayanıqlı idarəsi üçün dəqiq xəritələşdirmənin vacibliyini vurğulayıb, sahə ölçmələrinin həm bahalı, həm də əmək tələb etməsi səbəbindən süni intellekt və peyk imkanlarını böyük üstünlük kimi qiymətləndirib.

Seminarda, həmçinin zero-shot tətbiqi ilə seçilmiş modelin Qarabağ peyk şəkillərinə tətbiq edildiyi qeyd olunub və müvafiq informasiyalar diqqətə çatdırılıb.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu ilə bağlı geniş müzakirələr aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
modern.az

1Источники