RU

“Tramp və Vens göstərirlər ki, Putinin “arxa həyətinə” girə bilərlər” Politoloq

Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukraynalı siyasi analitik, politoloq, Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru İqor Semivolos ABŞ Vitse-prezidenti Ceyms Di Vensin Azərbaycan və Ermənistana tarixi səfəri haqqında analitik məqalə yazıb. Qeyd edək ki, regional təhlükəsizlik, böyük güclərin geosiyasi rəqabəti, post-sovet məkanı və Yaxın Şərq üzrə ixtisaslaşan müəllif ABŞ, Rusiya və regional aktorların Cənubi Qafqazdakı siyasəti ilə bağlı analitik şərhləri ilə də məşhurdur.

BakuPost.az Ukraynalı politoloqun həmin məaqləsini təqdim edir:“ABŞ vitse-prezidenti Ceyms Di Vensin Ermənistan və Azərbaycana səfəri (9–11 fevral 2026-cı il) tarixi hadisə olub. Bu, fəaliyyətdə olan ABŞ vitse-prezidentinin hər iki ölkəyə eyni səfər çərçivəsində ilk gəlişidir. Səfər Tramp administrasiyasının Cənubi Qafqazda Rusiyanın və İranın təsirini iqtisadi və texnoloji rıçaqlar vasitəsilə sıxışdırmaq strategiyasının məntiqi davamı kimi qiymətləndirilir. İrəvana səfər isə açıq şəkildə həm simvolik, həm də praqmatik xarakter daşıyıb.Əsas xəbər nüvə enerjisi sahəsində əməkdaşlıq sazişinin imzalanmasıdır. ABŞ 9 milyard dollara qədər investisiya vəd edib (başlanğıc mərhələdə texnologiyaların ixracı üçün 5 milyard dollar və sonradan xidmət üçün 4 milyard dollar). Məqsəd köhnə sovet AES-ini Amerika istehsalı olan kiçik modul reaktorlarla əvəz etməkdir ki, bu da faktiki olaraq Ermənistanın Rusiyadan enerji asılılığını aradan qaldırır. Bundan əlavə, Ermənistan tarixində ilk dəfə olaraq ABŞ istehsalı olan müdafiə sistemləri – “Shield AI” şirkətinin V-BAT PUA-ları rəsmi şəkildə satın alınıb. Eyni zamanda 41 min NVIDIA prosessoru üzərində qurulan superkompüter layihəsinin ikinci mərhələsi elan edilib.Səfər zamanı diplomatik insident də yaşanıb. Vensin qondarma soyqırımı kompleksini ziyarət etməsi və buna istinad edən paylaşım sonradan “X” sosial şəbəkəsindən silinib. Ehtimal edilir ki, bu addım Bakıya səfər öncəsi balansın qorunması məqsədi ilə atılıb. Bu isə erməni diasporu arasında narazılıq doğurub.Bakıda isə Vens geniş və nümayişkaranə şəkildə qarşılanıb, bu da Azərbaycanın əsas enerji və logistika qovşağı kimi rolunu vurğulayıb. Tərəflər təhlükəsizlik, süni intellekt və ticarəti əhatə edən Strateji Tərəfdaşlıq Xartiyası imzalayıblar. Azərbaycan Prezidenti İlham Əliyev bu mərhələni artıq “münasibətlərdə yeni era” adlandırıb. Bundan başqa, ABŞ Xəzər dənizində ərazi sularının mühafizəsi üçün Azərbaycana hərbi katerlərin verilməsini vəd edib.Hər iki səfərin mərkəzi mövzusu TRIPP dəhlizinin (Trump Route for International Peace and Prosperity) təşviqi olub. Bu, əslində “Zəngəzur dəhlizi”nin ABŞ brendi altında təqdim edilən formasıdır.Bəs bu səfərdən hansı nəticələri çıxarmaq olar?Aydın görünür ki, Nikol Paşinyan Ermənistanın geosiyasi mövqeyini dəyişməyə çalışır. O, artıq texnoloji mövcudluğun təminatçısı kimi ABŞ-a ümid bağlayır. Lakin TRIPP dəhlizi üzərində nəzarətin amerikalılara verilməsi təhlükəsizlik müqabilində ciddi suverenlik güzəşti deməkdir.İlham Əliyev isə Trampın “tranzaksion” (al-verə əsaslanan) yanaşmasından ustalıqla istifadə edir. Onun strateji mədəniyyəti balanslaşdırma üzərində qurulub. ABŞ-dan katerlər və siyasi tanınma əldə etməklə yanaşı, o, eyni zamanda Ərdoğan üçün “öz adamı” olaraq qalır və Moskva ilə əlaqələri tam qırmır.ABŞ üçün isə bu səfər güc nümayişidir. Tramp və Vens göstərirlər ki, Putinin “arxa həyətinə” girə və qarşısında imtina edilməsi çətin olan şərtlər qoya bilərlər.Cavid, Bakupost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
37
www.bakupost.az

1Источники