RU

"Süni intellektin etikası" fənninin proqramı və dərsliyi yazılmalıdır- Ekspert

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Dövlətimizin başçısı süni intellekt sahəsində kadr hazırlığı məsələsinə də toxunub: "Kadr hazırlığına gəldikdə, bu, əsas vəzifələrdən biridir. Son vaxtlar bu istiqamətdə müəyyən işlər görülür. Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Ona görə nəzərə alsaq ki, bu, uzunmüddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir".
Düşünürəm ki:
-Universitet və məktəb kitabxanalarında "Süni intellekt" üçün ayrıca kitab rəfləri ayrılmalıdır;
-Məktəblilər üçün bu istiqamətdə elmi-populyar kitablar yazılmalıdır;
-Süni intellekt istiqamətində dünyanın aparıcı mütəxəssisləri tərəfindən 100-lərə kitablar yazılıb. Bu il onların içərisində seçmə olaraq azı 5 kitabın tərcüməsi həyata keçirilməlidir;
-Süni intellekt fənlərarası elm sahəsidir. Bu sahənin dərinliklərini öyrənmək üçün informatika, riyaziyyat və fizika fənlərinin tədrisi dərinləşdirilməlidir;
-Süni intellekt hal-hazırda dünyada həm də yarış xarakteri alıb. Geridə qalmaq əksər sahələrdə mənfi fəsadlar törədəcək. Süni intellektin tədrisinin tezləşdirilməsi istiqamətində ciddi addımlar atılmalıdır;
Süni intellekt insanlarla reallıq arasında vasitəçi rolunu oynayır. Bu baxımdan "Süni intellektin etikası" fənninin proqramı və dərsliyi yazılmalıdır.
Yeni paradiqmanın məktəblilər üçün anlayışlarının lüğəti tərtib olunmalıdır.
Etibar Əliyev, təhsil eksperti
Избранный
38
news365.az

1Источники