RU

Ryabkov: Ukrayna ilə bağlı növbəti görüşün vaxtı və yeri hələ razılaşdırılmayıb

Xalqcebhesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukraynada nizamlanma üzrə növbəti danışıqlar raundunun vaxtı və keçiriləcəyi yer hələ müzakirə olunur.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-da növbəti görüşün keçirilməsi ehtimalı ilə bağlı suala cavab olaraq TASS-a bildirib.

“Keçiriləcəyi yer məsələsi, eləcə də vaxtı razılaşdırılana qədər ictimai müzakirə mövzusu deyil. Biz hesab edirik ki, Əbu-Dabidə keçirilmiş əvvəlki iki raund göstərdi ki, bu məkan bütün baxımlardan optimaldır və iş üçün əlverişlidir. Lakin bir daha qeyd edirəm ki, bu məsələ ilə bağlı mənim tərəfimdən hər hansı elan yoxdur, çünki proses hələ davam edir”, — deyə nazir müavini vurğulayıb.

Məryəm Quliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
1
icma.az

2Источники