RU

Xəstəxanada mədəsi yuyulan uşaq evə qayıtdıqdan sonra öldü

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Ötən gecə Sabirabad rayonunun Saraxanbəyli kəndində yaşayan bir ailənin dörd üzvü qida zəhərlənməsi şübhəsi ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına müraciət edib.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, tibbi müdaxilə olunaraq mədələri yuyulduqdan sonra ambulator müalicə üçün evə buraxılan ailə üzvlərindən biri, 2015-ci il təvəllüdlü Hüseyn Cavanşir oğlu Cəfərovun səhhəti qəfil pisləşib.

Tibb müəssisəsindən verilən açıqlamaya görə, bu gün saat 15:00-da təkrar xəstəxanaya çatdırılan azyaşlının artıq həkiməqədər ölümü təsdiqlənib.

İlkin versiyaya görə, ailə üzvlərinin halının pisləşməsinə səbəb konservləşdirilmiş tərəvəz məhsulunun qəbulu olub.

Hazırda baş vermiş faktla əlaqədar müvafiq araşdırmalar aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
35
oxu.az

1Источники