RU

Türkiyənin TPAO şirkəti BP ilə İraq yataqlarının işlənməsi üzrə əməkdaşlıq edəcək

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ankara, 12 fevral, AZƏRTAC

Türkiyənin dövlət neft kompaniyası TPAO Britaniyanın BP neft şirkəti ilə neft və qaz sektorunda strateji əməkdaşlıq haqqında Niyyət Memorandumu imzalayıb.

AZƏRTAC xəbər verir ki, sənəd fevralın 12-də Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə imzalanıb.

Türkiyənin enerji nazirinin sözlərinə görə, müqavilə çərçivəsində prioritet İraqda, xüsusən də bu ölkənin şimalında yerləşən Kərkük əyalətində yataqların işlənməsi olacaq.

Bayraktar TPAO-nun enerji bazarlarında möhkəmlənən mövqeyini vurğulayıb. “2028-ci ilə qədər Türkiyənin TPAO kompaniyası təxminən 500.000 barel neft hasil edəcək. Məqsədimiz bu rəqəmi 1 milyon barelə çatdırmaqdır”, - deyə türkiyəli nazir bildirib. O qeyd edib ki, Liviya Britaniyanın BP neft şirkəti ilə əməkdaşlıq üçün daha bir perspektivli sahə ola bilər.

Nazir əlavə edib: “Biz, həmçinin Qazaxıstan və Azərbaycanda müxtəlif layihələr kontekstində əməkdaşlıq məsələlərini müzakirə etməyə hazırıq”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
109
azertag.az

1Источники