RU

Sevgilisi ilə qaçan bacısının başına stəkan çırpdı Yaxşılığını istəmişəm

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Sumqayıt şəhərində iki bacı arasında yaşanan mübahisə cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Süsən bacısı İnarə (adlar şərtidir – red.) ilə mübahisə edib. Baş verən mübahisə zamanı Süsən bacısının başına stəkan ilə vurub.Süsənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Süsən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, mübahisə bacısı İnarənin evə gəlməməsi və xəbər verməməsinə görə baş verib:“Bu zaman əsəbləşərək stolun üstündə olan stəkan ilə bacımın başına bir dəfə zərbə endirdim. Mən bacımın yaxşılığını istəmişəm. Evə gəlmədiyi üçün narahat olmuşam. Törətdiyim əməldən peşmanam”.

Zərərçəkmiş İnarənin sözlərinə görə, sevdiyi şəxslə qaldığı üçün evə gəlməyib və bu barədə xəbər verməyib. “Bu səbəbdən bacım ilə aramızda mübahisə oldu. Mübahisə zamanı bacım başıma stəkan ilə vurdu, mənə xəsarət yetirdi. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə hadisə barədə məlumat verdim”. Zərərçəkmiş bacısı ilə barışdığını, ona dəymiş ziyanının tam ödənildiyini, bacısına qarşı şikayətinin olmadığını deyib. Sumqayıt Şəhər Məhkəməsində hökm çıxarılan zaman onların barışması nəzərə alınıb. Bu səbəbdən də Süsənin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
demokrat.az

1Источники