RU

“Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi birbaşa dövlət başçısının nəzərəti altındadır” Deputat

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Süni intellekt son illərdə əhəmiyyətli dərəcədə diqqət çəkib. Süni intellekt kompüter elmlərinin bir qoludur və kompüterləri elm və texnologiya sahəsində insanların daha yaxşı performans göstərməsinə kömək etmək üçün insan davranışlarını təqlid etməyə məcbur edir. İnsan zəkasını təkrarlamaq, bilik tələb edən tapşırıqları həll etmək, insan zəkası tələb edən tapşırıqları yerinə yetirə bilən maşınlar qurmaq, öz-özünə öyrənə bilən sistem yaratmaq süni intellektin bir neçə spesifik məqsədləri arasında dayanır”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, maşın öyrənməsi və dərindən öyrənmə müvafiq olaraq yüksək performanslı alqoritmlər və çoxqatlı neyron şəbəkələri istifadə edərək problemləri həll etmək üçün istifadə edilən süni intellektin iki alt qrupudur. 

“Maşın öyrənmə prosesinin köməyi ilə genetik məlumatlar, elektrofiziki məlumatlar və görüntüləmə məlumatları kimi strukturlaşdırılmış məlumatlar tibbi diaqnozda düzgün araşdırılır. Süni intellekt əvvəllər tədricən bizim həyatımıza nüfuz etməyə başladısa, sonrakı dəyişikliklərin arealı daha geniş olmaqla dəyişiklik həm də qəfildən başladı və qarşısıalınmaz bir mərhələdədir.

 Süni intellektin yaranmasından əvvəl və sonrakı dünya arasında böyük bir fərq var. Bu gün xəbərlərə və ya sosial mediaya baxmaq süni intellektdən bəhs etmədən demək olar ki, mümkün deyil. Süni intellekt son illərdə dövlətlərin, ictimaiyyətin diqqətini daha da çəkməyə başlayıb. Hətta çox mürəkkəb tapışıqlarda insanlardan daha yaxşı nəticə göstərə bilir.

Həm də proqnozlaşdırmada da artıq süni intellektlərdən istifadə edilir, hətta səhiyyə süni intellektin ən vacib faydalı və tətbiqlərindən biridir. Son illərdə Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsinə dövlət qayğısı var. Cənab Prezident İlham Əliyevin bu sahə birbaşa nəzərəti altındadır, çünki Azərbaycan dünyada baş verən proseslərdən geridə qalmır, tam əksinə hadisələri qabaqlamağı bacarır.

Baş verən dəyişikliklər qarşımızda yeni çağırışlar qoyur ki, bu məsələyə koordinasiyalı və sistemli şəkildə yanaşaq. Bu baxımdan ilkin fəaliyyət planı hazırlanmışdır. Bu fəaliyyət planı dörd sütun üzərində qurulmuşdur. Rəqəmsallaşma və rəqəmsal transformasiyanın sürətləndirilməsi, süni intellekt və süni intellekt həllərlə bağlı dövlət müəssisələrində və eyni zamanda özəl şirkətlərdə bunun geniş tətbiqi, innovasiya ekosistemi. Bütün bunları yaratdıqdan sonra və virtual mühitə keçdikdən sonra əsas çağırış kibertəhlükəsizliklə bağlı olacaqdır ki, bu gün hər bir dövlət bu sahəyə həssas yanaşır. Fəaliyyət planının əsas fokusu insan kapitalı, mövcud infrastrukturun yenilənməsi və genişləndirilməsi, qanunvericiliyimizin müasir tələblərə uyğunaşdırılması və idarəetmə proseslərinin çevik olması kimi dörd amil üzərində dayanır. 

Azərbaycan məsələlərə mərhələli şəkildə yanaşır. Çünki rəqəmsallaşmanın özü mərhələli bir prosesdir. Süni intellektlə bağlı məşhur bir söz var ki, bu, əvvəl tədricən, sonra isə qəfil baş verdi. Məlumatların elektronlaşdırılması vacibdir. Yəni, onlar kağız daşıyıcılarından elektron daşıyıcılara keçirilməlidir. Xidmət və proseslər rəqəmsallaşdırılır ki, bu da vətəndaşların işini asanlaşdırır. Həm dövlət sektoru, həm də özəl şirkətlər tərəfindən bu proses kifayət qədər önə doğru aparılıb”, - deputat bildirib.

Əlavə edib ki, üfüqdə görünən son nöqtə ağıllı və proyektiv xidmətlərin formalaşdırılmasıdır. “SİMA” Biometrik İmza dövlət və özəl sektorun işini asanlaşdırıb. Artıq “Mygov” platforması vasitəsilə  vətəndaşlar xidmətlərdən daha tez  yararlanırlar; “Sözügedən platformadan ilin sonuna qədər təxminən yararlanan insanların 5 milyona çatması planlaşdırılır. Dövlətin vətəndaşla təmasları birbaşa qurulur, burada heç bir süni əngəldən və baryerdən söhbət gedə bilməz. Lakin təəssüflər olsun ki, hələ də bəzi dövlət qurumlarında sənədlər kağız formatında qalır və bunu dərhal həll etmək üçün xidmətlər bir pəncərə üzərindən olmalıdır. Süni intelektin inkişafı enerjinin olub-olmaması ilə əlaqədardır. Bu baxımından Azərbaycan prosesdə öncüldür. ABŞ şirkətləri ölkəmizə maraq göstərirlər və təbii ki, bütün bu məsələlər ondan xəbər verir ki, Azərbaycan dövləti çevik qərarlar alır, dünyanın çağırışları ilə ayaqlaşmağı bacarır. Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət hərtərəfli xarakter daşıyır. Kibertəhlükəsizlik vacib məsələdir. Cənab Prezident İlham Əliyev tərəfindən informasiya təhlükəsizliyi və kiber təhlükəsizlik strategiyası qəbul edilmişdir ki, icra edilən işlər bu strategiya üzərindən aparılır. Bu gün hər bir dövlət informasiya təhlükəsizliyi ətrafında ciddi düşünməlidir. Azərbaycan bütün riskləri hesablayır. Habelə, gələcəyə də investisiya edir. Son zamanlarda ölkədə dəqiq elmlərin inkişafına diqqət və qayğı davamlı xarakter alıb. Bu da yeni savadlı işçi qüvvəsi deməkdir”.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
116
525.az

1Источники