RU

Real Madrid də Arda Gülər gərginliyi: Komanda yoldaşları onu qəbul etmir

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Arda Güler "Real Madrid" klubunda daxili problemlərlə üzləşib.

Oxu.Az xəbər verir ki, Arda Güleri "Fənərbağça" klubuna gətirən skaut Serhat Pekmezci heyətdəki bəzi oyunçuların gənc futbolçunu qəbul etmədiklərini deyib.

"Arda Güler hazırda "Real Madrid"də ciddi psixoloji zorakılığa məruz qalır. Orada Ardanı qəbul edə bilməyən bir qrup oyunçu var. Təəssüf ki, onlar çox yüksək eqosu olan oyunçulardır. Alvaro Arbeloanın etdiyi kimi... Arda çox səbirlidir, amma üsyan etməyə başlayır", - deyə Pekmezci vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirilən "Monako" - "Real Madrid" oyununda əvəzlənən Arda Güler baş məşqçi Alvaro Arbeloaya - "niyə həmişə mən?" - deyərək etiraz etmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
106
10
oxu.az

10Источники