RU

Azərbaycan dövlətinə qarşı xəyanət yolunu tutmuş hər kəs, öz layiqli cəzasını alacaq

ain.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.

“Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yaydığı son açıqlamadan bir daha aydın oldu ki, Azərbaycana qarşı hələ də ayrı-ayrı ölkələrin xarici xidmət orqanları iş aparır və ciddi cəhdlə ölkədə gərginlik, xaos yaratmağa yönəlik fəaliyyətlərə çalışılır. Azərbaycanın uğurunu, regionda və dünyada lider ölkələrdən birinə çevrilməsini istəməyən həmin xarici qüvvələrə daxildəki bəzi ünsürlərin dəstək olması isə acı təəssüf doğurur”.Bunları Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı DTX-nın yaydığı son açıqlamaya münasibət bildirərkən səsləndirib. İctimai birlik sədri deyib ki, zaman-zaman Azərbaycana daxildə gərginlik yaratmaq, ictimai-siyasi sabitliyi pozmaqla zərbə vurmağa, hətta hakimiyyət çevrilişi həyata keçirməyə cəhdlər göstərilib:“Ancaq sevindirici haldır ki, hüquq-mühafizə orqanları bütün bu cəhdlərin qarşısını ustalıqla alıb. Bu mənada DTX-nın son hadisələrlə bağlı apardığı araşdırma və cəmiyyətə təqdim olunan açıqlamalar alqışlanmalıdır. Dövlət Təhlükəsizlik Xidməti dövlət, millət, xalq demokratiya deyə hay-küy salanların iç üzünü açıq cəmiyyətə göstərmiş oldu. Buna görə Dövlət Təhlükəsizlik Xidmətinə təşəkkür düşür”.Arzuman Muradlı əmin olduğunu bildirib ki, bundan sonra da ölkənin çörəyini yeyib, onun hər bir imkanlarından yaralanıb, sonda dövlətə xəyanət edənlərin hamısı ifşa ediləcək və onların məkirli planları heç bir halda baş tutmayacaq:“DTX-nın yaydığı açıqlamada qeyd edilir ki, hazırda istintaq davam edir. Hesab edirəm ki, istintaq çərçivəsində yeni-yeni faktlar üzə çıxacaq və kimliyindən asılı olmayaraq Azərbaycan dövlətinə qarşı xəyanət yolunu tutmuş hər kəs ifşa olunaraq öz layiqli cəzasını alacaq”.Süleyman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
51
1
newscenter.az

2Источники