RU

ADY dən ÇAĞIRIŞ “Dəmir yolunu yüz ölçün, bir keçin” FOTO

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

ADY kənar müdaxilələrin dəmir yollarına təsirini minimuma endirmək üçün davamlı maarifləndirmə işləri görsə və infrastrukturda yenilənmələr aparsa da, bu cür hallar hərəkətin təhlükəsizliyinə mane olan əsas nüanslardan biri olaraq qalır.Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumatda qeyd olunub.Bildirilib ki, 2025-ci ildə diqqətsizlik, tələskənlik və ya mövcud qaydalara laqeydlik nəticəsində

ADY qatarlarının maşinistləri yola qəfil insan çıxmasına görə 123 dəfə təcili tormozlama ediblər;- 18 dəfə toqquşma qaçılmaz olub;- nəzarətsiz buraxılmış heyvanlarla 61 toqquşma hadisəsi qeydə alınıb.“Qeyd olunan hadisələr tələfat və xəsarətlərə, qatarların gecikməsinə, dövlət əmlakına ziyan dəyməsinə və qatarlardakı sərnişinlərin ciddi təhlükəsizlik riskləri ilə üzləşməsinə gətirib çıxarır.ADY bir daha insanlarımızı dəmir yollarını keçərkən diqqətli və ehtiyatlı olmağa, istisnasız qaydada dəmir yolu keçidlərindən istifadə etməyə, qayda və tələbləri gözləməyə çağırır. Dəmir yolunu yüz ölçün, bir keçin”, - məlumatda bildirilib.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
72
3
bizim.media

6Источники