RU

Süni intellekt Azərbaycana böyük pullar qazandıracaq

Modern.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ABŞ-nin hazırkı vitse-prezidenti Ceyms Devid Vens arasında fevralın 10-da Bakıda imzalanan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində iki ölkənin iqtisadi mənafeyi və Süni İntellekt (AI) sahəsində əməkdaşlığın dərinləşdirilməsini məqsədi daşıyır.

Modern.az xəbər verir ki, Xartiyaya əsasən, tərəflər investisiya və biznes mühitinə önəm verəcək. Sənəddə AI texnologiyaları, rəqəmsal infrastruktur və innovasiya təşəbbüsləri prioritet sahələr kimi göstərilib.

Azərbaycan və ABŞ həmçinin texniki yardım, ən yaxşı təcrübələrin paylaşılması və süni intellekt sahəsində mütəxəssis hazırlığı üzrə əməkdaşlığı genişləndirməyi planlaşdırır. Bu təşəbbüslər çərçivəsində dövlət və özəl sektor arasında birgə layihələr həyata keçiriləcək.

İqtisadçı Elman Sadıqov Süni İntellektin iqtisadiyyata təsiri haqda Modern.az-a danışıb.

O qeyd edib ki, hazırk prioritet məsələ data mərkəzlərinin qurulmasıdır. Həmçinin məlumatların "Mygov" üzərindən olması, bütün təşkilatların data mərkəzə düzgün şəkildə yönləndirilməsi vacibdir:

“Süni İntellekt əsaslı data mərkəzlərinin fəaliyyəti çoxlu sayda enerji istehlakı hesabına fəaliyyət göstərir. Bir sorğu orta hesabla 0,5–3 vat-saat (Wh) enerji tələb etdiyi halda, böyük modelin təlimi 1–10 milyon kVt-saat (kWh) elektrik sərf edə bilər ki, bu da minlərlə evin illik enerji istehlakına bərabərdir. Azərbaycanda isə hal-hazırda 2000 meqavata yaxın generasiya patensialı vardır ki, bu da data mərkəzin fəaliyyətinə kifayət edir”.

İqtisadçı qeyd edib ki, bu da faktdır ki, süni zəka həm də inkişaf etdiyinə görə daha çox enerji istehlakına yol açır:

“Elektrik, qaz, kimi resurslarla yanaşı ölkədə bütün növ tükənməz enerji mənbələri var və tələbat tam ödənəcək. Eyni zamanda Qafqaz ölkələri arasında süni intellekt mərkəzi rolunu oynamaq zərurəti də var. Bu, kiberhücumlara qarşı  böyük sığorta olacaq".

Ekspert qeyd edib ki, hal-hazırda təşkilatların internet resurslarında müəyyən pərakəndəlik var:

“Qurumlarda mütəxəssis azlığı və hər təşkilatın öz datasını düzgün şəkildə yığmaması mərkəzləşmiş sistemi prioritet mövzuya çevirib. Prezidentin hər müəssisədə süni intellekt mütəxəssisinin olması tapşırığı bu problemdən irəli gəlir”.

Elman Sadıqov qeyd edib ki, 2030-cu ilə qədər süni intellekt hesabına Azərbaycanda Ümumi Daxili Məhsulun çəkisi 60-70 milyon dollar artacaq:

“Mən deyərdim ki, bu hələ konservativ yanaşmadır. İnsanların bir günə düşünüb, təhlil edib nəticəyə gəldiyi məsələni Süni İntellekt saniyələr hesabına həll edir. Bu da, əlbəttə, məhsuldarlığın artımı deməkdir. Hazırda sözügedən strategiya çərçivəsində Süni İntellekt Akademiyası fəaliyyət göstərir. Məqsəd yerli bazarda kadra olan tələbatı ödəməkdir", - o deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
1
modern.az

2Источники