RU

Bakıda parkovşik maşın saxlamaq istəyən qadını təpiklədi

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakıda dayanma-durma nişanını sökərək qanunsuz parklanma təşkil edən şəxs həbs edilib.Demokrat.az xəbər verir ki, məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində baş verib.42 yaşlı Babək rayon sakini Səməd Muxtarlı (ad və soyad şərti verilib) yol nişanını çıxararaq ərazidə qanunsuz parklanma yeri yaradıb və avtomobillərini orada saxlayan sürücülərdən ödəniş tələb edib. O bildirib ki, əvvəllər “parkovşik” kimi fəaliyyət göstərib. Daha sonra həmin ərazidə “Azparkinq” tərəfindən rəsmi parklanma yerləri təşkil olunsa da, o, bu sistemdə işləməyib.Məlumata görə, Səməd Muxtarlı avtomobilini park etmək istəyən bir qadına qarşı da zorakılıq edib. İddialara əsasən, o, qadının qarın nahiyəsinə təpik vurub, üzünə sillə çəkib və sifətinə tüpürüb.Hadisədən sonra həmin şəxs saxlanılıb, barəsində inzibati protokol tərtib edilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə o, 20 sutka müddətinə inzibati qaydada həbs cəzası alıb. (lent.az)Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
161
demokrat.az

1Источники