Pekin, 12 fevral, AZƏRTAC
Çin “Ağıllı əjdaha-3” (SD-3) adlı daşıyıcı raketlə orbitə 7 peyk çıxarıb.
AZƏRTAC xəbər verir ki, peykləri orbitə çıxaran raketin buraxılışı Pekin vaxtı ilə 14:37-də Quandon əyalətinin Yancian şəhəri yaxınlığında dənizdəki platformadan baş tutub.
Orbitə çıxarılan peyklər arasında Pakistanın PRSC-EO2 məsafədən zondlama peyki, Honkonq Unoversitetinin laimlərinin hazırladığı süni intellektlə təchiz olunmuş müşahidə peyki də var.
Qeyd edək ki, bu, “Ağıllı əjdaha-3” seriyasından 9-cu raket buraxılışıdır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin