RU

YAP Ramiz Mehdiyevə görə iclas keçirəcək

Hakim Yeni Azərbaycan Partiyası (YAP) yaxın vaxtlarda bir araya gələrək Ramiz Mehdiyev barəsində müvafiq qərar qəbul etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə Modern.az saytına verdiyi müsahibədə millət vəkili, YAP Veteranlar Şurasının təmsilçisi Tahir Rzayev məlumat verib.

Deputat vurğulayıb ki, atılacaq addımlar istintaq prosesinin gedişatından birbaşa asılı olacaq.

"Ramiz Mehdiyevin partiya sıralarından xaric edilməsi məqsədilə hüquq-mühafizə orqanları tərəfindən onun qanunsuz əməllərinin sübuta yetirilməsi barədə rəsmi təqdimat verilməlidir. Yalnız bundan sonra onun YAP-a və Veteranlar Şurasına üzvlüyünə birdəfəlik son qoyulmalıdır".

Избранный
76
5
publika.az

8Источники