RU

İstər təhsildə, istərsə də digər sahələrdə milli mənəvi dəyərlərə toxunulmamalıdır Fəzail İbrahimli

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Dünən Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə zamanı bildirib ki, orta məktəblərdə şagirdlərə süni intellek, rəqəmsallaşma ilə bağlı ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir.

Mövzu ilə bağlı fikirlərini Redaktor.az-la bölüşən deputat Fəzail İbrahimli bildirdi ki, prezident bu məsələlərə həmişə müasir dünyanın tələbləri müstəvisində yanaşır.

"Bu müşavirə də təsadüfi deyildi. Orada hər şey açıq-aydın göründü. Azərbaycan təhsili dünya təhsil sisteminin bir hissəsinə çevrilməlidir. Bu gün dünyanın müasir tələbatları var. Bu tələbatlar təkcə təhsilə deyil, iqtisadiyyata və digər bütün sahələrə də şamil olunmalıdır. Burada istisna hal kimi müasir dünyada gedən proseslərdə bir məqam xüsusi nəzərə alınmalıdır: istər təhsildə, istərsə də digər sahələrdə milli-mənəvi dəyərlərə toxunulmamalıdır. Milli-mənəvi dəyərlərə toxunulmadan bütün sahələrdə müasir tələblərin səviyyəsi ödənilməlidir. Hazırda Azərbaycan təhsilində islahatlar aparılır, cəhdlər edilir, yeni metodlardan istifadə olunur. Sertifikasiya proseslərindən görünür ki, ən çox diqqət yetirilən sahələrdən biridir və artıq bu sahədə idarəçilik də cənab prezidentin qeyd etdiyi məsələlərlə bağlı şəkildə qurulur. Bu, təsadüfi bir müşavirə deyil. Orada hər kəs iqtisadiyyat, siyasət, elm, mədəniyyət və təhsil sahələrində öz payını götürdü", - deyə millət vəkili qeyd etdi.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
1
redaktor.az

2Источники