Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, XaçmazRayon prokuroru Rəşad Məmmədovun, idarə, müəssisə və təşkilatrəhbərlərinin iştirakı ilə Qalağan kəndində növbəti səyyar qəbulunukeçirib.
Qəbulda Qalağan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinədaxil olan Qalağan, Hacılar, Sayad, Keymərəz, Ərəb və Məmmədxanlıkəndlərinin sakinləri iştirak ediblər.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan məsələlərin həlliistiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər.
Həmçinin məşğulluq, qaz təchizatının bərpası, daxili yollarıntəmiri və suvarma kanallarının təmizlənməsi ilə bağlı müraciətlərsəsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərtərəfindən qaldırılan məsələlərin araşdırılması ilə bağlı tapşırıqvə tövsiyələrini verib, bəzi müraciətlər yerindəcə həll edilib.
Kənd sakinləri əhalinin problemlərinin həlli məqsədilə yerlərdəhəyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıyagörə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vəBirinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarınıbildiriblər.