RU

Macarıstan Azərbaycanda yaşıl enerji sahəsinə maraq göstərir

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Macarıstan Azərbaycanın azad edilmiş ərazilərin bərpası və "yaşıl enerji" sahəsində əməkdaşlığa maraqlıdır.

"Report" xəbər verir ki, bu barədə nazir Pərviz Şahbazovla Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma arasında keçirilən görüşdə bildirilib.

Görüşdə iki ölkə arasında əlaqələrin inkişafında enerji amilinin mühüm rol oynadığı, Azərbaycanın Macarıstanın enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsi məqsədlərinə töhfə verdiyi qeyd olunub.

Qaz təchizatı, ölkəmizin neft-qaz hasilatı sektorunda "MOL Group" və MVM şirkəti ilə uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib. MVM şirkətinin "Şəfəq" günəş enerjisi layihəsi üzrə birgə müəssisəyə qoşulması tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi kimi qiymətləndirilib.

Söhbət zamanı "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin icrası, eləcə də Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 4-cü iclası çərçivəsində fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
21
8
bizimyol.info

10Источники