RU

Politoloq: Tramp Netanyahu görüşü konkret razılaşma deyil, siyasi mesaj xarakteri daşıyır

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İsrailin Baş naziri Benyamin Netanyahu fevralın 11-də ABŞ-a səfər edib.

Sözügedən səfəri Gununsesi.info-ya politoloq Turan Rzayev şərh edib.

Onun sözlərinə görə, görüşdə İranın nüvə proqramı, ballistik raket arsenalı və Tehranın regiondakı proksi qüvvələrə dəstəyi müzakirə olunsa da, yekun razılaşma əldə edilməyib.

Rzayev bildirib ki, Netanyahu ABŞ-a İranla bağlı sərt tələblərlə getsə də, Vaşinqton hələlik diplomatik manevr imkanlarını qorumağa üstünlük verir.

Politoloq onu da qeyd edib ki, Tramp administrasiyası Tehranla danışıqların davam etdirilməsində maraqlıdır və bu da ABŞ-ın İsrailin bütün tələblərini dərhal qəbul etmədiyini göstərir.

Turan Rzayevin fikrincə, Tramp–Netanyahu görüşü konkret nəticələrdən çox, tərəflərin mövqelərinin qarşılıqlı anlaşılması və regiona yönəlik siyasi mesaj kimi qiymətləndirilməlidir.

Orxan

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
30
icma.az

1Источники