Amerikalı restoran sahibi Frenki Sesere tərəfindən hazırlanan qeyri-adi yemək sosial mediada tənqid fırtınasına səbəb olub.
Ölkə.Az "Fox News"a istinadən xəbər verir ki, istifadəçilər pizza reseptində iquanadan istifadə etmək ideyasını qınayaraq, bunu "şokedici" və "qəbuledilməz" adlandırıblar.
Sesere özü yeni işini "indiyə qədər hazırlanan ilk iquana pizzası" adlandırıb. O, reseptdə üç növ ətin - maral əti, bekon və iquana olduğunu və bunları "şounun ulduzu" adlandırdığını söyləyib.
İdeyanın yaradıcısı 27 yaşlı kontent yaradıcısı Ryan İzkyerdodur. O, Floridada soyuq hava zamanı aşağı temperaturda hərəkətsiz qalan yaşıl iquanaları topladığını və sonra qeyri-adi resept hazırladığını bildirib.
Restoran sahibinin sözlərinə görə, pizza yalnız çəkiliş üçün hazırlanıb və satış üçün nəzərdə tutulmayıb. Buna baxmayaraq, müəssisəyə yeməyi sifariş etmək barədə soruşan insanlardan təxminən 1500 zəng gəlib.
Reaksiya qarışıq idi: müsbət rəylərlə yanaşı, restoran tənqid və mənfi şərhlər dalğası ilə də üzləşdi.