ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.
ABŞ prezidenti Donald Tramp The Wall Street Journal qəzetində dərc olunan və ABŞ-ın ikinci aviadaşıyıcı qrupunun Yaxın Şərqə göndərilməsi barədə əmri əks etdirən məqaləni sosial şəbəkədə yenidən paylaşıb.
KONKRET.az xəbər verir ki, bu paylaşım Trampın bir gün əvvəl İsrailin baş naziri Benjamin Netanyahu ilə keçirdiyi görüşdən sonra edilib.
Bu səbəbdən sosial şəbəkə səhifələri və ekspertlər ABŞ-ın yaxın zamanda İrana zərbə endirə biləcəyi ilə bağlı ehtimalların artdığını bildirirlər.
Müşahidəçilərin fikrincə, regionda hərbi fəallığın artması Yaxın Şərqdə gərginliyin daha da yüksəlməsinə səbəb ola bilər.

Natiq Səlim,
KONKRET.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.