RU

İndeksləşmə sosial rifaha real təsir göstərirmi? AÇIQLAMA

“İndeksləşmə ilə bağlı ictimaiyyətə geniş məlumat verilməsi, zənnimcə, vacibdir. Çünki indeksləşmə əhalinin sosial müdafiəsi baxımından, eləcə də iqtisadiyyata müvafiq müsbət impulsun verilməsi və alıcılıq qabiliyyətinin stimullaşdırılması nöqteyi-nəzərindən mühüm mexanizmdir".

Bu fikirləri QHT.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın rəhbəri Elşad Məmmədov bildirib. Onun sözlərinə görə, Azərbaycanda indeksləşmə ilə bağlı qəbul edilmiş müvafiq qərarlar, təbii ki, bir tərəfdən əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsinə şərait yaradır, digər tərəfdən isə iqtisadiyyata müsbət təkan verir:

"Düşünürəm ki, ekspertlər və ictimai xadimlər indeksləşmə ilə bağlı qəbul olunmuş qərarların geniş şəkildə ictimaiyyətə çatdırılmasında öz müsbət rollarını oynamalıdırlar. Bu isə əhalinin indeksləşmə ilə bağlı daha dolğun və əhatəli şəkildə məlumatlandırılmasına müsbət təsir göstərəcək.”

 

Pərvanə Fərhadqızı

Избранный
73
qht.az

1Источники