RU

Natiq Rəsulzadə: Elmira Axundovanın əsərlərinin tədris proqramlarında istifadə edilməsi məqsədəuyğun olar

Bakı, 12 fevral, Günel Alıyeva, foto İlqar Cəfərov, AZƏRTAC

Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın yaradıcılığı mühüm əhəmiyyət kəsb edir. Onun Ümummilli Lider Heydər Əliyevin həyatına, fəaliyyətinə və tarixi missiyasına həsr olunmuş geniş 6 cildlik əsəri Elmira Axundovanın irsində xüsusi yer tutur. Bu fundamental nəşrdə Ulu Öndərin liderliyinin əsas mərhələlərini izləməyə imkan verən çoxsaylı faktlar, sənədlər və ifadələr toplanıb. Kitab bir çox dillərə tərcümə olunub və müxtəlif ölkələrdə nəşr olunaraq populyarlıq qazanıb.

Bu barədə Xalq yazıçısı Natiq Rəsulzadə AZƏRTAC-a açıqlaması zamanı deyib.

Bu əsərlərin əhəmiyyətindən danışan N.Rəsulzadə vurğulayıb ki, 6 cildlik əsərdən ayrı-ayrı fəsillərin və materialların təhsil proqramlarında geniş istifadə edilməsi məqsədəuyğun olardı. Onun fikrincə, bu, gənc nəslin öz dövlətinin tarixini daha dərindən bilməsi, milli liderlərin rolunu daha aydın anlaması, onların şəxsiyyətinin miqyasını və ölkənin inkişafına verdiyi töhfələrin dərk edilməsi üçün vacibdir.

E.Axundova, həmçinin daha bir əhəmiyyətli əsəri - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr olunmuş kitabı təqdim edib. Nəşr nüfuzlu Moskva nəşriyyatlarından birində işıq üzü görüb.

Избранный
144
1
azertag.az

2Источники