RU

Almaniya aviaşirkəti tətil səbəbindən yüzlərlə reysi ləğv etdi



Almaniyanın ən böyük aviaşirkəti olan Lufthansa, uçuş heyətinin tətili səbəbindən təxminən 800 reysi ləğv edib.

Newscenter.az Reuters-ə istinadən bildirir ki, bu, təxminən 100.000 sərnişinə təsir edib. Agentlik şirkətin mətbuat xidmətinə istinadən məlumat yayıb ki, pilotlar pensiya bonuslarının artırılmasını, stüardessalar isə bağlanmış CityLine törəmə şirkətinin işçiləri üçün kompensasiya tələb edirlər.

Tətili gecə yarısına qədər davam edəcək. Lufthansa cədvəlin cümə günü bərpa olunacağını gözləyir. Tətil Almaniyada iki böyük tədbir - 12 və 13 fevralda başlayacaq Berlin Beynəlxalq Film Festivalı (Berlinale) və Münhen Təhlükəsizlik Konfransı fonunda keçirilir.

Anar
Избранный
7
1
newscenter.az

2Источники