RU

İstanbulda COP31-ə hazırlıq üzrə ilk strateji planlama iclası keçirildi

Türkiyənin İstanbul şəhərində COP31-ə hazırlıq ilə bağlı Türkiyə, Azərbaycan, Braziliya, Avstraliya və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyinin nümayəndə heyətlərinin iştirakı ilə ilk strateji planlama iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Publika.az-a verilən məlumata görə, iclasda Azərbaycan nümayəndə heyətini xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Bundan əlavə, tədbirin açılışında Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un Prezidenti Muxtar Babayev onlayn formatda iştirak və çıxış edib.

Tədbirdə COP31-in substantiv və logistik təşkili ilə bağlı Türkiyə tərəfinin hazırlığı və COP31-in sədri qismində Türkiyə ilə COP31-in danışıqlar prosesinə cavabdeh olan Avstraliya arasında əməkdaşlıq mexanizmi, eləcə də, COP31-in uğurunun təmin edilməsi ilə bağlı müvafiq strategiyanın ilkin müzakirəsi baş tutub.

Избранный
29
15
publika.az

10Источники