RU

Mərkəzi Bank hasarlarını “qalaya” çevirir – 624 minlik təhlükəsizlik xərci

Azərbaycan Respublikasının Mərkəzi Bankı inzibati binasında hasarlar üçün əngəlləyicilərin quraşdırılması işlərinin satın alınmasını planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, layihə üzrə ehtimal olunan qiymət 624 025,49 AZN təşkil edir.

Satınalma çərçivəsində Mərkəzi Bankın inzibati binasının ərazisində yerləşən hasarların təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə xüsusi əngəlləyici qurğuların quraşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, bu tip işlər adətən strateji əhəmiyyətli obyektlərin mühafizəsinin gücləndirilməsi və icazəsiz girişlərin qarşısının alınması məqsədi daşıyır. /32gun.az /

Избранный
25
nocomment.az

1Источники