RU

ABŞ Ermənistana 13 milyard dollar verəcək - SƏBƏBİ

ABŞ Rusiyadan asılılığı azaltmaq üçün Ermənistana 13 milyard dollar ayıracaq.

"Unikal" xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. 

Qeyd edilir ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens İrəvana səfəri zamanı dinc nüvə enerjisi üzrə 9 milyard dollara qədər dəyərində əməkdaşlıq müqaviləsi imzalayıb. "Nvidia"nın iştirak etdiyi süni intellekt layihəsinin genişləndirilməsi üçün əlavə 4 milyard dollar ayrılması planlaşdırılır.

Nəşrin qeyd etdiyi kimi, ümumi investisiya ölkənin illik ÜDM-nin təxminən yarısını təşkil edə bilər.

"Bloomberg"in məlumatına görə, vəsait Moskvanın təsirini azaltmaq və ölkənin Qərbə yönəlməsini gücləndirmək üçün enerji, infrastruktur və iqtisadiyyatın inkişafına yönəldiləcək.

Избранный
11
1
unikal.az

10Источники