ABŞ Rusiyadan asılılığı azaltmaq üçün Ermənistana 13 milyard dollar ayıracaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Qeyd edilir ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens İrəvana səfəri zamanı dinc nüvə enerjisi üzrə 9 milyard dollara qədər dəyərində əməkdaşlıq müqaviləsi imzalayıb. "Nvidia"nın iştirak etdiyi süni intellekt layihəsinin genişləndirilməsi üçün əlavə 4 milyard dollar ayrılması planlaşdırılır.
Nəşrin qeyd etdiyi kimi, ümumi investisiya ölkənin illik ÜDM-nin təxminən yarısını təşkil edə bilər.
"Bloomberg"in məlumatına görə, vəsait Moskvanın təsirini azaltmaq və ölkənin Qərbə yönəlməsini gücləndirmək üçün enerji, infrastruktur və iqtisadiyyatın inkişafına yönəldiləcək.