RU

Kraliça Elizabet Epşteyn qurbanını susdurmaq üçün oğluna borç verib

Kraliça Elizabet Epşteyn qurbanını susdurmaq üçün oğluna borç verib

Mərhum Böyük Britaniya kraliçası II Elizabetin oğlu Endryu Mauntbetten-Vindzora Ceffri Epşteynin qurbanı olan Virciniya Cuffreyrə "susmaq payı" ödəyə bilməsi üçün 7 milyon funt-sterlinq borc verdiyi irəli sürülüb.

Britaniyanın "The Sun" qəzetində yer alan iddiaya görə, sabiq Kraliça və Kral ailəsinin üzvləri ABŞ-da yetkinlik yaşına çatmayan qızlara qarşı fahişəlik şəbəkəsi qurduğu iddiası ilə mühakimə olunarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin qurbanı olan Cuffreyə veriləcək məbləği müştərək şəkildə ödəyiblər.

Cuffre hələ yetkinlik yaşına çatmadığı dövrdə onunla cinsi əlaqədə olduğu iddia edilən Kraliçanın ortancıl oğlu Endryu Mauntbetten-Vindzor özünə qarşı irəli sürülə biləcək şikayətlərin qarşısını almaq üçün 2022-ci ildə ona pul ödəmək qərarına gəlib. Şahzadə Endryu Cuffreyə ödəniləcək 12 milyon funt-sterlinqlik məbləği toplamaq üçün Kral ailəsinin üzvlərindən borc alıb.

Məlumata görə, bu məbləğin pay bölgüsü aşağıdakı kimidir:

7 milyon funt: Kraliça II Elizabet tərəfindən;

3 milyon funt: Mərhum Şahzadə Filipə aid mülklərdən;

1,5 milyon funt: O zaman Uels şahzadəsi olan indiki Kral III Çarlzdan.

Saray mənbələrindən verilən açıqlamaya görə, təxminən 4 il əvvəl alınan borc hələ də geri qaytarılmayıb. Mauntbetten-Vindzorun İsveçrədəki dağ evini sataraq borcunu bağlamaq istədiyi, lakin evin satış qiymətinin borcu tam qarşılamadığı bildirilir.

Qəzetə danışan Bukingem sarayındakı mənbə qeyd edib ki, Endryu Epşteynlə olan əlaqəsinin miqyası barədə öz ailəsinə yalan danışıb: "Onlar Endryunu ittiham edən Cuffreyə veriləcək pulu ödədilər. Yalanlara inandılar və problemdən qurtulması üçün ona kömək etdilər."

Saray mənbəsi Şahzadə Filipdən gələn pulla bağlı isə "Edinburq hersoqu topladığı vəsaitin susmaq payı kimi ödəniləcəyini təxmin edə bilməzdi", - deyə əlavə edib.

Избранный
70
afn.az

1Источники