RU

Qərbi Azərbaycan Xronikası: "Sülh Ermənistanda revanşistlər üçün təhlükəyə çevrilib"

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Report" xəbər verir ki, süjetdə Vaşinqtondan Əbu-Dabiyə uzanan sülh prosesi, Ermənistanda seçki qorxusu fonunda sülhün revanşistlər üçün təhlükəyə çevrilməsi, baş nazir Nikol Paşinyanın seçki manevrləri və s. məsələlərdən bəhs edilir.

Bildirilir ki, Vaşinqtondan Əbu-Dabiyə uzanan sülh prosesi Ermənistanda məhkəmə təxribatı ilə qarşılanıb: "İrəvanda məhkəmənin Şahramanyan qərarı sülhə qarşı açıq siyasi diversiyadır. Ermənistanın revanşist ssenarisi sülh prosesini daxildən partlatmaq cəhdidir. Rəsmi İrəvan klassik erməni siyasi texnologiyasına uyğun olaraq xaricə sülh mesajı verir, daxildə isə təxribatla məşğul olur. Seçki qorxusu fonunda sülh revanşistlər üçün təhlükəyə çevrilib. Ermənistan beynəlxalq hüquqa meydan oxuyur. Siyasi şantajlar dini humanizm pərdəsi altında separatçı keşişlərin oyunudur".

Qeyd olunur ki, Ermənistan olimpiya arenasında separatizmlə məşğul olur və idmanı siyasi silaha çevirir: "Beynəlxalq idman meydanında "Arsax" təbliğatı idman etikası adı altında təxribatdır".

Daha ətraflı linkdə:

Qərbi Azərbaycan Xronikası: "Sülh Ermənistanda revanşistlər üçün təhlükəyə çevrilib"
Избранный
20
far.az

1Источники