RU

İsveçrədə referendum keçiriləcək SƏBƏB

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

İsveçrə hakimiyyəti ölkə əhalisinin sayının 10 milyon nəfəri keçməməsi üçün referendum keçirməyi planlaşdırıb.

Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.

"Sağçı müxalifət partiyasının apardığı kampaniyadan sonra hökumət iyun ayında immiqrasiyanın məhdudlaşdırılması üzrə tədbirlərin təklif olunacağı referendum təşkil edəcək", - deyə nəşr yazıb.

Qeyd olunur ki, referendumda immiqrasiyanı məhdudlaşdırmaqla 2050-ci ilə qədər ölkə əhalisinin sayının 10 milyonu keçməməsi məsələsi qaldırılacaq. Qanunvericilik səviyyəsində bu tədbir Avropa İttifaqı ilə sərbəst hərəkət haqqında sazişə yenidən baxılmasını və əcnəbilərin daimi yaşayış icazəsi almasına əlavə məhdudiyyətlərin tətbiqini nəzərdə tutur.

"Vətəndaşlarımız həddindən artıq yüklənmiş infrastrukturdan, mənzil kirayəsi qiymətlərinin artmasından və yerli kimliyin aşınmasından yorulublar", - deyə İsveçrə Xalq Partiyasının deputatı Tomas Matter bildirib.

Nəşr bildirir ki, referendumla bağlı vəziyyət on il əvvəl qitədə baş verən miqrasiya böhranından sonra Avropada kütləvi şəkildə yaranan antimiqrant əhvali-ruhiyyəsini əyani şəkildə nümayiş etdirir.

Qeyd edək ki, İsveçrənin əhalisi son rəsmi məlumatlara görə 9 milyonu keçib. Son illərdə, xüsusilə 2022-ci ildən bəri, ölkədə 1960-cı ildən bəri ən yüksək illik artım tempi (1.7%) müşahidə olunub. Əhali artımında xarici vətəndaşların (əhalinin 27.1 faizi) rolu böyükdür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
27
oxu.az

1Источники