RU

Delsi Rodrigez Venesuela gənclərini sülh və demokratiya uğrunda mübarizəyə çağırıb

BAKI, 13 fevral. TELEQRAF

Venesuelanın səlahiyyətli Prezidenti Delsi Rodrigez respublika gənclərinə sülh və demokratiya uğrunda mübarizədə fəal iştirak etməyə çağırıb.

Teleqraf xəbər verir ki, Rodrigez Gənclər Gününə həsr olunmuş çoxminli mitinq iştirakçılarına videomüraciətində tələbə və işləyən gəncləri demokratik birgəyaşayış və sülh proqramına qoşulmağa dəvət edib. Müraciətin yayımı “Venesolana de Television” telekanalı vasitəsilə həyata keçirilib.

Onun sözlərinə görə, demokratiya sülh şəraitində olmalıdır ki, fərqliliklər və fikir ayrılıqları gənclərin siyasi və ideoloji müxtəlifliyini möhkəmləndirsin. Delsi Rodrigez həmçinin hökumətin gənclərin iştirak edə biləcəyi 400 istehsal layihəsinin maliyyələşdirilməsi barədə qərar qəbul etdiyini açıqlayıb.

Səlahiyyətli prezident bildirib ki, Venesuela milli birlik şəraitində gənclərlə birlikdə qələbə qazanmalıdır və çoxminli mitinq iştirakçılarını vətənpərvər gənclər günü münasibətilə təbrik edib.

Избранный
37
teleqraf.com

1Источники