Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 13 fevral, AZƏRTAC
Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Hadisə Babək prospekti 10B ünvanında qeydə alınıb. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onsəkkizmərtəbəli binanın elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Mənzillər yanğından mühafizə olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.