Kosmik tədqiqatların tarixi haqqında videolar hazırlayan bloger Tim Dodd (Everyday Astronaut), "Apollo-11" missiyasının orijinal çəkilişlərinin taleyi ilə bağlı maraqlı faktları açıqlayıb.
Publika.az "Daily Mail"ə istinadla xəbər verir ki, bu məsələ uzun illərdir konspiroloqlar (sui-qəsd nəzəriyyəçiləri) tərəfindən NASA-nın nəyisə gizlətdiyi və ya Ayda heç vaxt olmadığı iddiası üçün istifadə edilirdi.
Tim Doddun araşdırmasına görə, hadisələrin əsl səbəbi daha çox texniki və bürokratikdir:
İkiqat yayım sistemi:
Ay missiyası zamanı siqnal iki yerə bölünürdü. Birinci axın birbaşa canlı yayım üçün televiziyalara ötürülürdü, ikinci axın isə 30 sm enində olan xüsusi maqnit lentlərə yüksək keyfiyyətlə yazılırdı.