RU

Argentina Deputatlar Palatası cinayət məsuliyyəti yaşının 14-ə endirilməsini təsdiqlədi

Bakı. Trend:

Argentina Parlamentinin Deputatlar Palatası cinayət məsuliyyətiyaşının 16-dan 14-ə endirilməsini nəzərdə tutan qanun layihəsiniqəbul edib.

Trend xəbər verirki, sənədin lehinə 149 deputat səs verib, 100 deputat isə əleyhinəçıxıb. Qanun layihəsi baxılması üçün Senata göndəriləcək.

Təşəbbüsü Konqresə təqdim edən hökumət səsvermənin nəticələrinialqışlayıb.

Argentina Prezidenti Xavyer Mileyin ofisinin açıqlamasındabildirilib: “Argentina artıq mövcud olmayan bir ölkə üçünyaradılmış normalarla idarə olunmağa davam edə bilməz. Bu qanunlayihəsi bu balanssızlığı düzəldir və istənilən nizamlı cəmiyyətüçün fundamental prinsipi təsbit edir: cinayət törədənlər yaşındanasılı olmayaraq məsuliyyətə cəlb olunmalıdırlar”.

Rəsmi məlumatlara görə, 2023-cü ildə 18 yaşdan kiçik şəxslərtərəfindən təxminən 2200 cinayət törədilib.

Избранный
32
az.trend.az

1Источники