“AFB Bank” ASC-nin rəhbərliyi təxminən 2 ay əvvəl istifadəyə verilən “Neftçilər” filialının ilkin nəticələrindən çox razıdır.
Bunu Marja.az-a “AFB Bank” ASC-nin İdarə Heyətin sədri Amid Qənbərov bildirib.
“Bankımızın əvvəlki strategiyasına uyğun olaraq “AFB Bank”ın filial şəbəkəsi Bakı şəhərinin bütün ərazilərini əhatə etmirdi. Biz 2025-ci ilin dekabr ayının 15-də “Neftçilər” metro stansiyası yaxınlığında yeni filial açmışıq və gözləmədiyimiz nəticələr əldə etmişik. Müştərilərin böyük marağı ilə qarşılaşmışıq”,- Bankın sədri deyib.
Amid Qənbərov əlavə edib ki, yeni strategiyada filal şəbəkəsinin genişləndirilməsi də nəzərdə tutulur: “Həm Bakıda, həm də regionlarda, müştərilərin bütün bank xidmətlərindən yararlana biləcəyi rəqəmsal (digital) şöbələrin açılmasına üstünlük verəcəyik".
Hazırda “AFB Bank” Baş ofisindən əlavə 7 filialı ilə müştərilərinə xidmət göstərir.