RU

Ərdoğan: Balkanları heç vaxt unutmuruq

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

“Qlobal qeyri-müəyyənliyin artdığı bir vaxtda Türkiyə regionumuzda və onun hüdudlarından kənarda sülh və əmin-amanlığın bərqərar olmasına çalışır”.

Reyting.az “Anadolu” sagentliyinə istinadla xəbər verir ki, bu sözləri Türkiyə lideri Serbiya prezidenti Aleksandr Vuçiç ilə birgə mətbuat konfransında söyləyib.

İki ölkə arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının sonuncu iclasının 11 oktyabr 2024-cü ildə Belqradda keçirildiyini xatırladan Ərdoğan ötən il Serbiya ilə ümumi ticarət dövriyyəsinin 3,5 milyard dollara çatdığını, 5 milyard dollarlıq hədəfə doğru addım-addım irəlilədiklərini xüsusi vutğulayıb.

O, Türkiyənin Balkanları heç vaxt unutmadığını da sözlərinə əlavə edib.

E. KAMAL

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
47
reyting.az

1Источники